Xəzər dənizində baş verən partlayışın tankerdə olması iddiası əsassızdır.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə baş verməsi kimi məlumatlar insanlar arasında çaşqınlıq yaratdır.
"Bildirmək istərdik ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib",-deyə ASCO-dan verilən məlumatda vurğulanır.