logo

FHN dənizdəki partlayışı araşdırır

23:58 04-07-2021 | icon 1708
FHN dənizdəki partlayışı araşdırır

İyulun 4-də axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb.

Bu barədə nazirlikdən YeniAvropa-ya məlumat verilib.

Bildirilib ki, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.