logo

ETSN dənizdə baş verən partlayışla bağlı açıqlama yayıb

23:17 04-07-2021 | icon 1561
ETSN dənizdə baş verən partlayışla bağlı açıqlama yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizində baş verən partlayışla bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.

Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.