SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə görə, əlavə məlumat olarsa, ictimaiyyət məlumatlandırılacaq.
Qeyd edək ki, bu gün axşam saatlarında sosial şəbəkələrdə dənizdəki partlayışla bağlı görüntülər yayılıb.