İstanbul yaxınlığındakı Sazlıdərə su anbarında Azərbaycan vətəndaşı boğulub.
YeniAvropa Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Tətil üçün İstanbula gedən, dostları ilə birlikdə su anbarında qayıqla gəzintiyə çıxan Elməddin Məmmədov üzmək istəyib və su anbarına tullanıb. E.Məmmədov bir neçə dəqiqə üzdükdən sonra tarazlığını itirib, su onu dibə çəkməyə başlayıb və sürətlə göldə batıb. Qayıqdakı digər şəxslər isə küləyin təsiri ilə qarşı tərəfə sürüklənərək dayanıblar.
Hadisə yerinə polis, təcili yardım briqadası və sualtı axtarış-xilasetmə qrupu göndərilib. Xilasedicilər su anbarında E.Məmmədovu axtarmağa başlayıblar. 2 saatlıq axtarışlardan sonra onu tapıblar və sudan çıxarıblar. Təcili yardım briqadası onun boğularaq öldüyünü təsbit edib. Meyit morqa, qayıqda yer alan digər 2 nəfər isə polis bölməsinə aparılıb.
Hadisənin şahidlərindən Ekrem Özpınar deyib: “Balıq tuturdum, taxtadan qayıq vardı, içərisindən biri suya atılacağını dedi. Dostu üzmək bilirsənmi deyə soruşdu, hə deyərək suya tullandı. Bir az üzdü, imdad diləməyə başladı və dibə batdı getdi”./Virtualaz.org