Bakının Binəqədi rayon sakini, 1998-ci il təvəllüdlü Hüseynov Rəsul Tağı oğlu itkin düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə gəncin yaxınalrı sosial şəbəkədə məlumat paylaşıblar.
Bildirilib ki, R.Hüseynov iyulun 2-də saat 17:00 radələrində Biləcəri ərazisində yaşadığı evdən çıxıb və bu günə qədər geri qayıtmayıb. Onu son dəfə 202 saylı marşrut avtobusunda görüblər.
R.Hüseynov ruhi xəstəlikdən əziyyət çəkir. Onu görənlərdən yaxud R.Hüseynov barədə məlumatı olanlardan 055-793-43-23 telefon nömrələrinə zəng etmələri xahiş olunur.