Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.
QSC-dən YeniAvropa-ya bildirilib ki, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.
Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.