Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda keçirilən Çexiya-Danimarka oyunu zamanı bir qrup azarkeş tərəfindən LGBT bayrağı dalğalandırılıb.
YeniAvropa xəbər verir ki, polislər dərhal müdaxilə edərək, LGBT bayrağını stadiondan yığışdırıblar.
Qeyd edək ki, UEFA "EUR0-2020"nin Azərbaycan və Rusiyada keçirilən oyunlarda sponsorların reklamlarında və azarkeşlərin LGBT bayrağından istifadə etməsini qadağan edib.