Baş Prokurorluq Şamaxı şəhər sakini 26 yaşlı Zümrüd Yusifovanın əri Səməd Yusifov tərəfindən bıçaqlanması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iyunun 27-də saat 16 radələrində Səməd Yusifov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çox saylı zərbələr endirməklə onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Səməd Yusifov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.