Azərbaycanda iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 22-26°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 752 millimetr civə sütunundan 749 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.
İyulun 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı ehtimal edilir.