MEDİA redaksiyalara göstərilən maliyyə yardımlarının xərclərinə xüsusi nəzarət edəcək
Bundan əvvəl Azərbaycanda onlayn media subyektləri üçün müsabiqələr keçirilməyib. Lakin indiki şərtlər əvvəlkindən tamamilə fərqlidir, yəni, bu müsabiqələr əvvəlki ənənənin davamı deyil. Biz həm qəzetin dizaynını, həm də məzmununu dəyərləndirmişik.
YeniAvropa xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA)İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib.
"Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”,-deyə Əhməd İsmayılov qeyd edib.