Sabah Bakıda bir sıra yollar bağlanacaq
Avropa futbol çempioantının dörddəbir final mərhələsində Danimarka və Çexiya milli komandaları arasında iyulun 3-də Bakıda keçiriləcək oyunla bağlı bəzi küçə və prospektlərdə nəqliyyat vasitələri üçün hərəkət tam olaraq məhdudlaşdırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bu məqsədlə təhlükəsizlik tədbirləri müəyyən edilib və icra olunacaqdır.
Futbol azarkeşlərinin, paytaxt sakinlərinin, avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırılır ki, Olimpiya stadionu və ona bitişik olan bütün prospektlər, bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb və gücləndirilmiş iş saatı ilə xidmət təşkil edilib:
"Qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də, qonaqpərvərliyin mühitinin yaradılması üçün Bakı şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə təkrarən müraciət edir. Olimpiya stadionuna və ona bitişik olan Böyük Şor bulvarı istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrindən, eləcə də, Heydər Əliyev prospekti ilə 1 saylı Asan Xidmətin yanından və Hava Limanından mərkəzə doğru Heydər Əliyev prospektindən Olimpiya stadionu ilə əsas giriş qapısı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.
Qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələri ilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələri ilə hərəkət etməyi tövsiyə edirik. Məlum olduğu kimi azarkeşlərin Qara Qarayev metrostansiyası yanından, Səməd Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyada isə Koroğlu metrostansiyasından nəzərdə tutulur. Oyunun başlanılması pik saatlara təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyyə olunur. İnanırıq ki hər zaman olduğu kimi bu gündə vətəndaş polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq. Bir daha hər kəsə daha qiqqətli, ayıq-sayıq olmağı və infirmasiya təhlükəsizliyi qaydalarına riayət etməklə nizam intizamlı olmağı tövsiyyə edirik".
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb