logo

Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq

21:18 01-07-2021 | icon 4025
Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq

Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

YeniAvropa xəbər verir ki, bununla əlaqədar baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar imzalayıb.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.

Beləliklə, Qurban bayramı ilə əlaqədar 18, 19, 20 və 21 iyul qeyri-iş günüdür.  

Həmin həftədə iş günü isə iyulun 22-də-cümə axşamı günü başlayacaq və ən qısa iş həftəsi olacaq.