Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə iyunun 30-da Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumat əsasında əraziyə dərhal nazirliyin Aviasiya dəstəsinin bir helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.