logo

İyulda Bakıda havanın 29-34°,bəzi günlərdə 37-41° isti olacağı gözlənilir

11:31 01-07-2021 | icon 1736
İyulda Bakıda havanın 29-34°,bəzi günlərdə 37-41° isti olacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 21-26°, gündüzlər 29-34°, bəzi günlərdə 37-41° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 millimetr) olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 22-27°, gündüzlər 33-38°, bəzi günlərdə 40-43° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 millimetr) olacağı ehtimalı var.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-20° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21°, gündüzlər 23-28°, bəzi günlərdə 30-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 millimetr) olacağı gözlənilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu 25-27° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 20-25°, gündüzlər 32-37°, bəzi günlərdə 39-41° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-25° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 20-25°, gündüzlər 29-34°, bəzi günlərdə 37-40° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 9-118 millimetr) olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 22-27°, gündüzlər 35-39°, bəzi günlərdə 41-44° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 3-22 millimetr) olacağı proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 21-26° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25,° gündüzlər 29-34°, bəzi günlərdə 35-39° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 7-33 millimetr) olacağı bildirilir.