Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkəni, bir ay öncə Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılan İsfəndiyar Mehbalıyevin yerinə təyinat olub.
YeniAvropa xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ədalət Abbasov Bakının Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Ədalət Abbasov Qaradağ RPİ-nin rəisi təyin edilib.
Xatırladaq ki, İ.Mehbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin oğludur.