logo

Sinoptiklərdən xəbərdarlıq:Güclü külək, leysan, dolu...

13:59 28-06-2021 | icon 2996
Sinoptiklərdən xəbərdarlıq:Güclü külək, leysan, dolu...

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 1-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 10-15 metr/saniyə olacağı, arabir saniyədə 18, iyunun 30-u və iyulun 1-də yarımadanın bəzi yerlərində arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° enəcək.

İyunun 29-u axşamdan iyulun 2-dək Azərbaycanın bəzi şimal və qərb rayonlarında əsasən axşam və gecə saatlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, küləyin sürəti 15-18 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° dərəcə enəcək. Çaylarda sululuğun artacağı bildirilir.