“İyun ayının 25-də İmişli rayonundaki bazarda güclü yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün FHN-nin əməkdaşları ilə yanaşı rayon Polis Şöbəsinin əməkdaşları da hadisə yerinə cəlb olunublar. Zəruri bütün tədbirlər görüldükdən sonra alovların qarşısı alınıb”.
Daxili İşlər Nazirliyindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriblər. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb: “Hadisə nəticəsində beş polis əməkdaşı tüstüdən zəhərlənib, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hal-hazırda onların vəziyyətləri qənaətbəxşdir. Yanğının baş vermə səbəbləri araşdırılır”.