Bu gündən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 22-ci kilometrliyindən 23.5-ci kilometrədək olan yol sahəsində təmir işləri başlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin(BDYPİ) sürücülərə müraciətində deyilir.
Müraciətdə qeyd edilib ki, bir neçə gün aparılacaq yol təmir işləri ilə əlaqədar həmin ərazidə Dövlət Yol Polisinin stasionar postunun yanından Saray qəsəbəsinə gedən yolda hərəkət məhdudlaşdırılıb.
"Qeyd olunanları nəzərə alaraq, Saray qəsəbəsinə gedən sürücülərə Bakı-Quba-Rusiya yolunun 16-cı kilometrliyində körpüdən keçməklə alternativ yoldan istifadə etmələri tövsiyə olunur”,-deyə məlumatda bildirilir.