Azərbaycanda iyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, iyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 35-39 dərəcə isti, bəzi yerlərdə 41 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 45-55 faiz, gündüz 30-35 faiz olacaq.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
İyunun 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 43 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq.