Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional və Lerik rayon Polis şöbələrinin əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, rayonun Orand kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş 15 min 321 xaşxaş kolu aşkarlanıb. Ümumi çəkisi 5672 kiloqram olan həmin bitkilər yandırılaraq məhv edilib.