Həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Bildirilir ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39°, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42°, respublikanın rayonlarında 35-40°, iyunun 24-25-də isə aran rayonlarında 42-44°-dək yüksələcəyi gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.