Xəzər dənizində 100-dən çox nərə balığı tutanlar saxlanıldılar
Dövlət Sərhəd Xidmətinə(DSX) Neftçala şəhər sakini Babayev Elmar Əlisahib oğluna məxsus “bayda” tipli üzmə vasitəsinin Xızı rayonunun Giləzi qəsəbəsi istiqamətindən dənizə çıxaraq qanunsuz balıq ovu ilə məşğul olması barədə məlumat daxil olub. Xidmətin Sahil Mühafizəsi tərəfindən müvafiq tədbirlər görülüb, həmin istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlığı və radarlar vasitəsilə dənizə çıxan üzmə vasitələrinin hərəkəti nəzarətə götürülüb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq ərazidə əlavə sərhəd heyəti yerləşdirilib. Dənizə qanunsuz qaydada çıxmış üzmə vasitəsinin aşkarlanaraq saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə həmin qayığın dövlət sərhədini pozaraq Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularından 192 mil (355 kilometr) məsafədə Rusiya Federasiyası və 211 mil (390 kilometr) məsafədə Qazaxıstan Respublikasının sektorunda qanunsuz nərə cinsli balıqların ovu ilə məşğul olması müəyyənləşdirilib.
Əldə edilmiş məlumatlara əsasən, Sahil Mühafizəsinin əməliyyat-axtarış qrupu tərəfindən Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında quruda və dənizdə xidmət təşkil edilib.
İyunun 19-da sааt 21:00 radələrində həmin ərazidə aşkarlanan üzmə vasitəsi üç nəfər heyət üzvü ilə birlikdə saxlanılıb. Qayığa baxış zamanı içərisində ovlanması qadağan edilmiş 620 kiloqram çəkidə 106 nərə cinsli balıq aşkarlanıb. Sахlаnılmış şəxslərin Astara rayon sakini 1976-cı il təvəllüdlü Mirzəyev Bəhruz Abutalıb oğlu, Neftçala rayon sakinləri 1963-cü il təvəllüdlü Əhmədov Raqib Novruz oğlu və 1985-ci il təvəllüdlü Bəxtiyarov Xəyal Fərhad oğlu olmaları müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri zamanı qayığı sahildə qarşılamağa gəlmiş “Opel Astra” markalı 99-SN-577 və “ZİL” markalı 01-BH-619 dövlət nömrə nişanlı аvtоmоbillərdə üzmə vasitəsinin sahibi Babayev Elmar Əlisahib oğlu və digər üç nəfər - Abşeron rayon sakinləri 1998-ci il təvəllüdlü Mürşüdov Qismət İltifaq oğlu, 1997-ci il təvəllüdlü Müştaqov Fərzalı Növcavan oğlu və 1984-cü il təvəllüdlü İmaniyev Hövsət Pərvaz oğlu da saxlanılıblar.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları ilə birlikdə əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb