İyunun 21-i saat saat 07:32-də Azərbaycanda yay fəsli başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirib.
Qeyd edilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.
Həmin gün ən uzun gündüz və ən qısa gecə olur.
Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.
Qeyd edək ki, yay fəsli sentyabrın 22-dək davam edəcək. Sentyabrın 22-ü saat 23:21-də Azərbaycanda payız fəsli başlayacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir.