Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxilolmada yaranan problemlə bağlı məlumat yayıb.
YeniAvropa xəbər verir ki, nazirlikdən verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb.
"Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb", - deyə Nazirliyin yaydığı açıqlamada bildirib.