Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, Bakı Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb olunub və qəzanın aradan qaldırılmasına başlanılıb.