İşğaldan azad olunmuş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki, Şuşa rayon Polis Şöbəsi əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən silah-sursat tapılıb. Belə ki, Müxtəlif növ 13 qumbara, 1 avtomat, 1 qumbaraatan, tank əleyhinə 1 mina, müxtəlif növ 20 raket, 26 avtomat sandığı, 1 top mərmisi, müxtəlif çaplı 7124 patron və digər döyüş sursatı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.