logo

Prokurorluqdan Şirvandakı 40 yaşlı kişinin qətli ilə bağlı açıqlama

11:29 19-06-2021 | icon 4466
Prokurorluqdan Şirvandakı 40 yaşlı kişinin qətli ilə bağlı açıqlama

İyunun 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat verilib.

Şirvan Şəhər Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü Xəyyam Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Fəxrəddin Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəyyam Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.