logo

Həbsdə olan nazir azadlığa çıxdı

11:21 18-06-2021 | icon 4116
Həbsdə olan nazir azadlığa çıxdı
Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
YeniAvropa xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, bu il martın əvvəlində sabiq təhsil naziri Məmməd Qəribov və sabiq daxili işlər naziri Əhməd Əhmədov mənimsəmədə ittiham olunaraq həbs olunublar.

M. Qəribov şərti cəza ilə azadlığa buraxılsa da, Ə. Əhmədov məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.