logo

Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu

17:07 17-06-2021 | icon 2296
Azərbaycanda daha 48 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 48 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, koronavirusdan ölüm halı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkəmizdə 335 min 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. Aktiv xəstə sayı 1189 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 653 min 74 test aparılıb. Bugünkü test sayı isə 8162-dir.