logo

Bakıda karantin rejimi pozan restoran sahibi 4 min manat cərimələndi

19:54 16-06-2021 | icon 2163
Bakıda karantin rejimi pozan restoran sahibi 4 min manat cərimələndi

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill" restoranının icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.