Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının üzvü, "İstiqlalçı" deputat İbrahim İbrahimli vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə sabiq deputatın kürəkəni Toğrul İsmayıl məlumat verib.
Onun sözlərinə görə, İ.İbrahimli bu gün səhərə yaxın dünyasını dəyişib. O, bu gün Bakıda dəfn ediləcək.
Qeyd edək ki, İ.İbrahimlidə 3 həftə əvvəl xərçəng xəstəliyi aşkarlanmışdı.
Xatırladaq ki, İbrahim İbrahimli Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkilat şöbəsinin müdiri vəzifəsində işlələyib. Daha sonra Müsavat Partiyasına üzv olub.
İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan deputat seçilib. 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilib. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibində yer alıb. 18 oktyabr 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin iclasında Azərbaycanın müstəqillik aktına imza atan ən fəal deputatlardan biri olub.
Allah rəhmət eləsin!