Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan Holdinq” MMC məhkəməyə verilib.
YeniAvropa xəbər verir ki, məhkəmədə iddiaçı qismində “Ertok” MMC çıxış edir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Artıq iş üzrə hazırlıq iclası keçirilib. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
“Ertok” MMC 26 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Olcay Aydır. Şirkət təsərrüfat mallarının satışı ilə məşğuldur.