logo

Bakıdakı "Lido" restoranındakı toyda 60 nəfər saxlanıldı

09:59 13-06-2021 | icon 2380
Bakıdakı "Lido" restoranındakı toyda 60 nəfər saxlanıldı

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Lido" restoranında qanunsuz toy keçirilməsi faxtı aşkarlanıb.

YeniAvropa xəbər verir ki, adıçəkilən restoranda Binəqədi rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib.

Əməliyyat zamanı restoranın rəhbərliyi, toyun sahibləri və 60 nəfər toy iştirakçısı saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.