İyunun 12-də saat 07 radələrində Biləsuvar rayon sakinləri Nurlan Rüstəmovun bıçaqlanaraq xəsarət alması, Sadiq Abıyevin isə bıçaqlanması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla Biləsuvar rayon sakini Məhəmməd Fərəclinin həmin tarixdə “Qazel” markalı avtomaşınla rayonun Ağayrı kəndində yerləşən pambıq sahəsinə işləməyə gedərkən onunla birlikdə həmin avtomaşında olan Nurlan Rüstəmov və Sadiq Abıyev ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonunculara xəsarət yetirdiyi, nəticədə Sadiq Abıyevin aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhəmməd Fərəcli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.