Akademik Çingiz Qacar II Fəxri xiyabanda dəfn edilib
Azərbaycanın tanınmış fizik alimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacar II Fəxri xiyabanda dəfn edilib.
YeniAvropa xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.
Alimin məzarı önünə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulub. Məzarın ətrafına AMEA-nın Fizika İnstitutunun kollektivi adından və digər əklillər də düzülüb.
Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Leninqrad Politexnik Universitetinin (indiki Sankt-Peterburq Texniki Universiteti) texniki fizika sahəsində Mühəndis - tədqiqatçı fakültəsini bitirib. Sonra Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunun Radiofizika laboratoriyasında işləməyə başlayıb.
Alim elmi fəaliyyətini 1973-cü ildən Fotoelektronika İnstitutunda (indiki Fizika İnstitutu) davam etdirib. Burada institutun əsas elmi istiqamətlərindən biri olan Tətbiqi spektroskopiya şöbəsini yaradıb, oraya ən istedadlı alimləri toplayıb. Onun rəhbərliyi ilə şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə edib, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olub. Ç.Qacar İK-diapazonlu optik rabitə sistemlərinin parametrlərinin fiziki tədqiq metodlarının işlənib hazırlanması ilə bağlı yeni elmi istiqamətin yaradıcısıdır. Onun rəhbərliyi ilə TUBİTAK Türkiyə Elmi Mərkəzində “Kompüterləşdirilmiş topoqrafik istilikgörmə” layihələşdirilərək konstruksiya olunub. Həmin kompleks Türkiyə Topoqrafik Mərkəzi ilə müvəffəqiyyətlə sınaqdan keçirilib.
Ç.Qacar ilk dəfə biratomlu spirtlərin çoxsaylı izotop əvəzedici analoqları ilə trans və qoş-konformerlərinin (etanol, propanol) fırlanan spektrlərini oxuyub və molekulyar strukturlarını və dipol momentlərini araşdırıb. Bundan başqa, akademik etilmerkaptanın, etilftoridin və allil spirtin molekullarının fırlanan mikrodalğalı spektrlərini də öyrənib.
Alim ilk dəfə öyrənilən molekulların energetik sistemlərində üç-dörd qatlı fırlanan titrəyişli ikiqat radiodalğa və mikrodalğa tezlikli RD-MD kvant rezonanslarını tədqiq edib.
Yüksək səviyyəli işlərinin nəticəsinə, molekulyar spektroskopiya sahəsində elmi əsasların yaranmasında kompleks işlər gördüyünə və geniş istifadəli elektron cihazların istehsal texnologiyasına görə, Ç.Qacar 1982-ci ildə Azərbaycan SSR-in Dövlət mükafatı və SSR EA-nın S.İ.Vavilov adına mükafatı ilə təltif olunub. Həmçinin 1990-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni və 2014-cü ildə Nəsrəddin Tusi adına mükafata layiq görülüb.
O, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Akademik 200-ə yaxın elmi məqalənin, 50 müəlliflik şəhadətnaməsi və patentin, fizikanın sahələri və tarixinə aid Azərbaycan, rus və ingilis dillərində 10 monoqrafiyanın müəllifi olub, onun rəhbərliyi ilə 24 fəlsəfə, 8 elmlər doktoru hazırlanıb.
Çingiz Qaçar, həmçinin “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri” (rus, ingilis və Azərbaycan dillərində), “Qacarlar”, “Köhnə Bakı”, “Köhnə Şuşa”, “Tiflis. Vorontsova 53, 55”, “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri” kitablarının müəllifidir.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb