Azərbaycanda zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:39-da Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.