logo

TƏBİB Mingəçevir şəhər xəstəxanasının rəhbərliyini cəzalandırdı

18:29 08-06-2021 | icon 2254
TƏBİB Mingəçevir şəhər xəstəxanasının rəhbərliyini cəzalandırdı

Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir.

YeniAvropa xəbər verir ki, bu sözlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı açıqlamada  yer alıb.

Məlumatda bildirilir ki, jurnalist Aynur Elgünəşin Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb. “Belə ki, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib. Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq.

Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”, – deyə məlumatda bildirilir.