Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəni döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya vatsap vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.
G.Səlimzadə qeyd edib ki, araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.