logo

Sumqayıtda qayınata və qayınanasını döyən kürəkən həbs edildi

15:55 08-06-2021 | icon 2387
Sumqayıtda qayınata və qayınanasını döyən kürəkən həbs edildi

İyunun 3-də Sumqayıt şəhəri ərazisində Namiq Ələkbərovun qayınatası və qayınanasına yaşadıqları evdə xəsarət yetirməsi ilə bağlı şəhər polis idarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Namiq Ələkbərov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.