logo

AQTA uşaq bağçalarında yoxlamalara başlayır

11:59 08-06-2021 | icon 2030
AQTA uşaq bağçalarında yoxlamalara başlayır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) böyüməkdə olan nəslin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, rasional fizioloji qidalanma və qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin icrasına nəzarət məqsədilə yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlayacaq.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının saxlanılmasına, daşınmasına, realizə olunmasına, markalanmasına və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, bu göstəriciləri təsdiq edən müşayiətedici sənədlər, həmçinin ümumilikdə yeyinti məhsullarının saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluq vəziyyəti araşdırılacaq.

Yoxlamaların nəticələri ilə əlaqədar ictimaiyyətə ətraflı məlumat veriləcək.