Qışa hazırlıq məqsədilə odun tədarükü proqramı təqdim olunur
Oduncaq tədarükündə şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə iyunun 7-dən etibarən ictimai dinləmələrə başlanılıb, icra, bələdiyyə, QHT nümayəndələri, kənd ağsaqqalları və ictimai fəallar oduncaq tədarükü məqsədilə keçiriləcək dinləmələrə dəvət olunub.
YeniAvropa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Nazir müavini qeyd edib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilmək şərti ilə veriləcək: “İctimai dinləmələrdə yaxından iştirak etmək istəyən ictimaiyyət nümayəndələri üçün nazirliyin rəsmi internet səhifəsində dinləmələrin keçiriləcəyi ərazi, oduncağın tədarükü və satışı həyata keçirilən rayonların adı, meşə sahəsi, tədarük yeri, vaxtı barədə əvvəlcədən məlumat veriləcək”.
F.Əliyev bu işlərdə yerli icra nümayəndələrinin, bələdiyyələrin köməyinin, dəstəyinin çox zəruri olduğunu, onlar tərəfindən oduna ehtiyacı olanların müəyyənləşdirilməsinin və prosesə nəzarətin vacibliyini vurğulayıb.
Nazir müavininin sözlərinə görə, hazırda bioloji inkişafdan qalmış, köküstə qurumuş, yıxılmış ağacların sanitar qırıntısı prosesinə hazırlıq gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir.
Odun tədarükündə ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin olunması məqsədilə nazir müavini icra, bələdiyyə, QHT nümayəndələrini, kənd ağsaqqallarını, ictimai fəalları dinləmələrdə və oduncaq tədarükündə fəal iştiraka dəvət edib.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb