logo

62 yaşlı Həmidə xalanın özündən xəbərsiz "zapravka"sı var imiş...

12:14 06-06-2021 | icon 2303
62 yaşlı Həmidə xalanın özündən xəbərsiz "zapravka"sı var imiş...
Heç bir müəssisədə işləməyən, sahibkarlıq fəaliyyəti olmayan vətəndaşın külli miqdarda vergi borcu olduğu ortaya çıxıb. 
 
YeniAvropa xəbər verir ki,  Tovuz sakini, 62 yaşlı Həmidə İbrahimova bu vaxta qədər həyətində xırda təsərrüfatla məşğul olub. Heç bir müəssisə və təşkilatda işləməyib, sahibkarlıq fəaliyyəti ilə də məşğul olmayıb.
 
O, bir neçə həftə əvvəl xəbər tutub ki, adına Bakıda yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Buna görə də 345 min manat vergi borcu yaranıb.
 
Vətəndaşa Bakı şəhəri, Xətai rayonunun İcra və probasiya şöbəsindən məhkəmə qərarı göndərilib. Hətta onun məhkəməyə gəlmədiyi halda məcburi gətirləcəyi də bildirilib.
 
Həmidə İbrahimova iddia edir ki, o heç bir sənədi imzalamayıb və öz adına VÖEN hesabı açdırmayıb.
 
Hüquqşünas Kamandar Hüseynov deyib ki, bu cür halla qarşılaşan şəxslər vergilər orqanına müraciət etməlidir.
 
Həmidə İbrahimova düşdüyü vəziyyətdlə əlaqədar yerli hüquq- mühafizə orqanlarına və digər qurumlara yazılı müraciət edib.
Ətraflı "Xəzər TV"nin materialında :