logo

Nazir jurnalistləri hədələyən FHN-in polkovnik-leytenantını işdən çıxardı

17:47 05-06-2021 | icon 2086
Nazir jurnalistləri hədələyən FHN-in polkovnik-leytenantını işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev iyunun 3-də Abşeron rayonunun Xırdalan şəhəri Ş.Qurbanov küçəsi ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib. O, bununla fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bunu nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun ötən gün imzaladığı müvafiq əmrə əsasən, Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib.