DİN-dəki seçkilər qalmaqal yaratdı-1 nəfər 5 qurumda necə işləyə bilər?
Azərbaycanda İctimai Şuraların yaradılması problemsiz ötüşmür. Bir nəfərin bir neçə qurumda təmsil olunması narazılıq yaradır. Bu sektorda məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı təkliflər səslənir.
YeniAvropa xəbər verir ki,məsələyə münasibət bildirən vətəndaş cəmiyyətinin tanınmış simalarından olan Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu hesab edir ki, bir şəxsin bir neçə qurumda təmsil olunması düzgün qərar deyil:
“İctimai Şuralara seçilən insanların obyektiv seçilməməsi məsələsini biz qaldırmışıq. Bir nəfər tək canı ilə neçə nəfərin işini görə bilər? Bir nəfər beş qurumda necə işləyə bilər? Həmin adamın işi nə dərəcədə effektiv olar? Bir şəxs həm işləyir, həm QHT-si var, hər qurumda özünü nə qədər göstərə bilər?”
QHT sədrinin sözlərinə görə bu məsələdə mütləq kvota tətbiq edilməlidir:
“Bizim şəxsən tanıdığımız adam var ki, dörd yerdə ictimai nəzarət şurasının üzvüdür. Bu qədər işi necə çatdırır? Kvota mütləq olmalıdır. Bir şəxs heç iki yerdə belə işləməməlidir. Əgər normal işləmək işləyirsənsə, yalnız bir təşkilatda olmalısan. Həm də üzvlər seçildiyi nazirlikdən qrant alırlar. Qrant alan insan nazirliyi obyektiv müşahidə edə bilərmi? Onlar artıq nazirlikdən asılı olur. Mən buna qarşıyam”.
Hüquq müdafiəçisi ötən gün Daxili İşlər Nazirliyinin yanında İctimai Şuraya keçiirlən seçkilərdən də danışıb. Qeyd edib ki, ötən gün baş tutan seçkilər deyildiyi kimi heç də şəffaf olmayıb: "Məsələn, bizə deyilmişdi ki, yalnız bir nümayəndəniz səsverməəd iştirak edə bilər. Amma seçki zamanı 200 nəfər birdən ortaya çıxdı. Onların kimin adından, niyə gəldikləri heç bilinmədi. Onlar necə qeydiyyatdan keçdilər? Biz bunların heç birini bilmirik. Gələn 200 nəfər bizim fəaliyyətimizlə tanış deyildi. Onlar hardan gəlib səs verdilər? Kim idilər anlamadıq. Bəzi dostlarımız deyir ki, seçkilər çox şəffaf keçdi. Necə şəffaf keçdi?! Elə bil marafon idi, birdən-birə 200 nəfər gəldi. Biz bu gün öz namizədliyimizi geri götürəcəyik. Mən bu məsələni belə saxıamayacağam. Görək ictimai nəzarət komitələri nə işlə məşğuldurlar?" /Yenisabah.az
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb