logo

Masallıda keçmiş arvadın amansızlıqla öldürən ərin məhkəməsi başlayır

15:15 03-06-2021 | icon 2065
Masallıda keçmiş arvadın amansızlıqla öldürən ərin məhkəməsi başlayır

Fevralın 19-da Masallı rayon sakini Firuzə Məmmədovaya bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Masallı rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin keçmiş əri Qəyyum Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Firuzə Məmmədovanı qəsdən öldürməyə cəhd göstərdiyi müəyyən olunub.

Qəyyum Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.