logo

MİDA aylıq 138 manat ödəməklə mənzil sahibi olmaq şansı verir

15:55 02-06-2021 | icon 2107
MİDA aylıq 138 manat ödəməklə mənzil sahibi olmaq şansı verir
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksindəki 307 mənzili satışa çıxarır. Aylıq 138 manat ödəməklə mənzil almaq mümkün olacaq. Bəs bu mənzilləri kimlər ala bilərlər?
 
YeniAvropa xəbər verir ki,  Mənzil İnşaat Dövlət Agentliyindən (MİDA) güzəştlə mənzil almaq hüququna malik olan şəxslər aşağıdakılardır:
 
Yaşı 35-dən çox olmayan gənc ailə üzvləri 
 
- şəhid ailəsinin üzvü (əri/arvadı, övladları)
 
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) 
 
- Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları)
 
məcburi köçkün və ya ona bərabər tutulan şəxs
 
- ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
 
- ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs
fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
 
- idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer)
 
Yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxslər
 
- elmlər doktoru elmi dərəcəsi olan şəxs
 
- ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
 
- ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)
 
- ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
 
- ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
 
- ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs