Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-18 metr/saniyə olacağı, arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Dolu düşəcəyi ehtimalı var.