Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçunun meyiti tapılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlər görülür.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!