Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, mayın 31-i gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20 metrədək güclənəcəyi gözlənilir.
Mayın 31-də Azərbaycanın bölgələrində qərb küləyinin əsəcəyi, ayrı-ayrı rayonlarda arabir saniyədə 18-23 metrədək güclənəcəyi proqnozlaşdırılır.